Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
HEYDƏR QADINI, İLHAM ANASI - NUR BƏXŞ EDƏN NURANİ QADIN

0

  • Dağ olmazdı, söykənməsə, dağ-dağa, Arxaydın Heydərtək möhtəşəm dağa. Günəşin nurusan başdan- ayağa,Sahilsiz dəryasan, Zərifə xanım! Şöhrətin yayıldı ulduza, aya, Dar gündə yetişdin köməyə, haya. İlham kimi oğul verdin dünyaya, Nə gözəl bağbansan, Zərifə xanım! Hər bir millət üçün fəxrolunası haldır ki, mənsub olduğu ölkənin tarixində unudulmaz dahi şəxsiyyətlər yaşayıb. Elə şəxsiyyətlər ki, xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Məhz belə şəxsiyyətlərdən biri də görkəmli akademik, oftalmoloq alim Zərifə xanım Əliyevadır. Zərifə xanım xalqın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl, qayğıkeş qadın, ana kimi qalmışdır. Bu görkəmli şəxsiyyət dövrünün ən tanınmış ziyalı ailələrinin birində dünyaya göz açmışdır. Onun bu dünyaya gəlişi ailə üçün çox düşərli olur. Elə həmin il ailənin Bakıya köçməsi ilə onların gələcək uğurlarının özülləri qoyuldu. Ailənin başçısı Əziz Əliyev Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq bir vaxtlar Sankt - Peterburqda yarımçıq qalmış tibb təhsilini davam etdirdi. Atalarının yolunu davam etdirən dörd övladdan biri də gənc Zərifə Əliyeva oldu. Zərifə xanım, bəlkə də, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək, bu addımı atmışdır. Zərifə Əliyevanın universiteti bitirdiyi 1947-ci ildə müharibə yenicə başa çatmış və onun fəsadları çətinliklə aradan qaldırılırdı.Əhali arasında traxoma  xəstəliyi geniş yayılmışdır. Zərifə xanım universiteti bitirdikdən sonra bütün diqqətini bu istiqamətə yönəltmiş, ən böyük arzusu xalqı bu ağır bəladan xilas etmək olmuşdur. Ona görə də o, Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 il ərzində diplomdan sonrakı təhsillə məşğul olur və oftalmologiya üzrə yüksək ixtisaslı mütəxəssis adını alır. Bundan sonra Bakıya qayıdaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başladı. Bu institutda 18 il fədakarlıqla çalışdı. Atası Əziz Əliyev traxoma xəstəliyinin qarşısının alınması üçün yaradılan komissiyanın rəhbəri təyin edilmişdi. Zərifə xanım müharibədən sonrakı illərdə bu ağır xəstəliklə mübarizəni öz zərif çiyinlərinə götürdü və sübut etdi ki, ağılın gücündən istifadə etməklə ən ağır yüklərin öhdəsindən gəlmək mümkündür.  1977 - ci il Zərifə xanımın həyatında mühüm tarixi hadisənin əbədiləşdirilməsi ilə yadda qaldı. Həmin ildə akademik Zərifə Əliyevanın təşkilatçılığı ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi.  Akademik Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası müdafiəsindən sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasında əvvəl professor, sonra isə kafedranın müdiri vəzifələrinə seçilməsi alimin tədris sahəsindəki bacarıqlarının tam şəkildə üzə çıxmasına güclü təkan verdi. Akademik Zərifə xanım Əliyevanın qələmə aldığı əsərləri bu gün də tibbdə əvəzsiz nümunələridir.  O, çox təmkinli, səbirli, dözümlü qadın olaraq biliyi, bacarığı, müdrik söhbətləri, səmimi, xoş rəftarı, ətrafındakılara mərhəməti ilə hamının rəğbətini qazanmışdır.    Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsidir. Kamillik və müdriklik məktəbidir.   Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsi, insanları daim öz işığına toplayır, həyat yolumuza, elmimizə, təhsilimizə sanki sönməyən çıraq tutur.  Zərifə xanım bir həkim, alim, vətəndaş, kimi bütün ömrü boyu xalqı üçün çalışmışdır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhəri poliklinikası, Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. Zərifə xanım Əliyevaya bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir.   Xalqımız tərəfindən hər il aprel ayının 15 - də anım günü, 28 - də isə doğum gününün  dərin hörmət və ehtiramla qeyd olunması xalqının ona olan böyük məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə, bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi daim ucalacaq. Zərifə xanım sözün yüksək anlamında Böyük İnsan olmuşdur. Onun həyatı gələcək nəsillər üçün əbədi nümunə, xatirəsi hər zaman əziz tutulacaqdır. Sevda Məmmədova,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib52 dəfə
    HEYDƏR QADINI İLHAM ANASI NUR BƏXŞ EDƏN NURANİ QADIN

    Maraqlı gələ bilər
    0
    188
    75